ÇOXSAYLI ŞİKAYƏTLƏRDƏN SONRA “DEVİN MEDİA” “AMAY” TİCARƏT MƏRKƏZİNDƏKİ OFİSİNDƏN ÇIXARILIB
“Devin Media” şirkəti ilə bağlı şikayətlərdən sonra yeni məlumatlar ortaya çıxıb.AvazMedia-nın əldə etdiyi məlumata əsasən, şirkətin fəaliyyəti ilə bağlı şikayətlərin ictimailəşdirilməsindən sonra “Amay” Ticarət Mərkəzinin rəhbərliyi onlarla əlaqə saxlayıb.Rəhbərlik valideynlərə “Devin Media”nın direktorunun və əməkdaşlarının ticarət mərkəzindəki ofisdən çıxarıldığını bildirib.
Daha əvvəl 50 valideyn adından şirkətlə bağlı müraciət edən şikayətçilər məlumatı dəqiqləşdirmək üçün şəxsən ticarət mərkəzinə üz tutublar. Onların sözlərinə görə, şirkətin artıq həmin ofisdə fəaliyyət göstərmədiyinin şahidi olublar.
Qeyd edək ki, daha əvvəl bir qrup valideyn “Devin Media” şirkətinin fəaliyyətindən narazılıqlarını bildirərək media vasitəsilə ictimaiyyətə müraciət etmişdi.
