AĞDAŞDA 17 YAŞLI YENİYETMƏ 36 YAŞLI KİŞİNİ BIÇAQLAYIB
Ağdaş şəhərində bıçaqlanma hadisəsi baş verib.
AvazMedia Oxu.Az-a istinadən xəbər verir ki,17 yaşlı E.Allahverdiyev aralarında yaranmış mübahisə zəminində 36 yaşlı Davud Muxtarova bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
