NİAQARA ŞƏLALƏSİ AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİ İLƏ İŞIQLANDIRILIB
Dünyaca məşhur Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.Bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.Qeyd olunur ki, şəlalənin mavi-qırmızı-yaşıl tonlarda işıqlandırılması 8 Noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Gününün qeyd edilməsinə həsr olunub.
