Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24°, gündüz 28-31° isti olacaq.

Ölkənin əksər rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi bölgələrdə şimşək çaxacağı, fasilələrlə leysan yağacağı və dolu düşəcəyi ehtimal olunur. Temperatur gecə 21-26°, gündüz 31-36°, dağlarda gecə 13-18°, gündüz 20-25° isti təşkil edəcək.
