DÖVLƏT VƏ HÖKUMƏT RƏSMİLƏRİ ZƏFƏR TAĞI ABİDƏSİNİ ZİYARƏT ETDİ
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər. Ziyarət zamanı onları şöbə müdirləri, deputatlar və digər hökumət nümayəndələri də müşayiət ediblər.
