Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb
Çinin Tibet Muxtar Rayonunda Nepal sərhədi yaxınlığında sel axını nəticəsində 3 nəfər ölüb, 265 nəfər isə itkin düşüb.
Hadisə Şiqadze şəhəri ərazisində baş verib və “Qyironq” nəzarət-buraxılış məntəqəsinə təsir edib. Çin hakimiyyəti hadisə yerinə 249 xilasedici, eləcə də texnika ilə birlikdə mühəndis-xilasetmə bölmələrinin 325 əməkdaşını göndərib.
Zərərçəkənlərin dəqiq sayı dəqiqləşdirilir, axtarış-xilasetmə işləri davam edir.
