LÖKBATAN-GÜZDƏK AVTOMOBİL YOLUNDA YENİ KÖRPÜ İNŞA EDİLİB
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa edib.
Bir aşırımlı körpü yolun 2.2-ci km-də sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğunun yerində tikilib.
Görülən işlər nəticəsində yol hərəkətinin təhlükəsizliyi təmin olunub və nəqliyyat əlaqəsi tam bərpa edilib.
Bərpa işləri ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq icra olunub.
