ZİMBABVEDƏ YOL QƏZASINDA ÖLƏNLƏRİN SAYI 27-YƏ ÇATIB
Zimbabvedə marşrut avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 27 nəfər həlak olub.
Bu barədə ölkə polisinin nümayəndəsi Pol Nyati bildirib.
Qəza cümə günü axşam saatlarında paytaxt Hararedən təxminən 132 km cənubda, Çivhu şəhəri yaxınlığındakı böyük avtomagistralda baş verib.
Nyatinin sözlərinə görə, yol-nəqliyyat hadisəsi yük maşını digər avtomobili ötməyə çalışarkən baş verib. Marşrut avtobusunun sərnişinləri dini təşkilatın konfransına yollanırmışlar.
Toqquşmadan sonra avtobus alışıb və demək olar, tamamilə yanıb. Polis hər iki nəqliyyat vasitəsində olan sərnişinlərin sayını dəqiqləşdirir.
