BURSADA 100-DƏN ÇOX ŞƏXS TOYDA YEMƏKDƏN ZƏHƏRLƏNİB
Türkiyənin Bursa şəhərində toyda kütləvi zəhərlənmə olub.
Səhhəti pisləşən 100-dən çox şəxs xəstəxanalara müraciət edib.
“Toyda toyuqlu plovu yeyən bəzi qonaqların bir müddət sonra vəziyyəti pisləşib”, – məlumatda bildirilib.
Ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanalara müraciət edənlər müalicə olunur.
