BANKLARA SÜRƏTLİ PUL KÖÇÜRMƏLƏRİ 34% ARTIB
2026-cı ilin iyul ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 248,6 milyon manat vəsait daxil olub. Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletenə görə, ötən ilin iyul ayı ilə müqayisədə daxil olan vəsaitin həcmi 62,5 milyon manat və ya 33,6 faiz artıb.Hesabat dövründə bir köçürmənin orta məbləği 896,3 manat təşkil edib ki, bu da 2025-ci ilin iyul ayındakı göstəricidən 284,7 manat və ya 46,6 faiz çoxdur.Bankın iyul ayının sonuna olan məlumatına görə, bank sistemi və “Azərpoçt” vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,785 milyon ədədə çatıb.Mərkəzi Bankın məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artıb.İlin əvvəlindən ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının ümumi həcminin 69,8 faizini təşkil edib”, – bankın məlumatında deyilir.
