DOĞUŞ ZAMANI ÖLƏN QADIN 7 DƏQİQƏ SONRA “DİRİLİB”
Öldü deyilən qadın dəqiqələr sonra həyata qayıdıb. Sözügedən şokedici hadisə ABŞ-də xəstəxanalardan birində qeydə alınıb.
“New York Post” nəşrinin məlumatına görə, Nikol və Entoni cütlüyü üçüncü uşaqlarının dünyaya gəlməsini səbirsizliklə gözləyirdilər və doğuşdan əvvəlki anları lentə alırdılar. Lakin video çəkilişinə başlanıldıqdan 10 dəqiqə sonra qadının qəfildən nəfəsi dayanıb və həkimlər onun öldüyünü bildiriblər.
Həkimlər körpəni xilas etmək üçün təcili şəkildə ölümdən sonra qeysəriyyə əməliyyatı həyata keçiriblər və eyni zamanda ananın həyatı uğrunda mübarizə aparıblar. Yeddi dəqiqə sonra Nikolun nəbzi bərpa olunub, lakin şiddətli qanaxma başlayıb və cərrahlar onun uşaqlığının çıxarılmasına qərar veriblər.
Daha sonra məlum olub ki, qadının ürəyinin dayanmasına dölyanı maye emboliyası səbəb olub. Bu, hər 100 000 doğuşdan altısında rast gəlinən nadir ağırlaşmadır.
Nikol bir həftə sonra xəstəxanadan evə buraxılıb.
