DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ “ÇİN MƏRKƏZİ”NİN AÇILIŞI OLUB
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Çin mərkəzi”nin açılışı olub.
Tədbirdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysin iştirak edib.
Açılış və qırmızı lentin kəsilməsi mərasimində Lyu Haysin, Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov iştirak ediblər.
