OBYEKDƏ YANĞIN BAŞ VERİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın operativ şəkildə söndürülüb və ətraf ərazilərə yayılmasının qarşısı alınıb.İlkin məlumatlara görə, xəsrat alan olmayıb.
