GƏNCƏDƏ YENİYETMƏLƏR ARASINDA QANLI HESABLAŞMA: 16 YAŞLI OĞLAN BIÇAQLANDI, ŞÜBHƏLİ SAXLANILDI
Gəncədə 16 yaşlı yeniyetmənin bıçaqlanması hadisəsi baş verib.Hadisə şəhərin mərkəzində qeydə alınıb.Şəhər sakini, 2010-cu il təvəllüdlü Ruzi Bayramov döş qəfəsinin daxilə keçən bıçaq xəsarəti ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanasına yerləşdirilib.Dərhal 16 yaşlı yeniyetmə oğlan əməliyyat edilib.Yaralının vəziyyəti ilə bağlı TƏBİB-də məlumat yayıb.Hal-hazırda vəziyyəti stabildir.
Araşdırma zamanı məlum olub ki şəhər sakini Cəfərov Nihad Ramil oğlu ilə Bayramov Ruzi Elvin oğlu arasında mübahisə baş verib. Mübahisə zamanı Nihad üzərində gəzdirdiyi bıçaqla Ruzi Bayramovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə Ruzi ağır xəsarətlər alıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Nihat Cəfərov saxlanılıb.Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Fakta bağlı Gəncə şəhər baş polis idarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
