ŞƏFİQƏ MƏMMƏDOVA AZƏRBAYCAN KİNO İTTİFAQININ YENİ SƏDRİ SEÇİLİB
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri seçiliNizami Kino Mərkəzində keçirilən seçki konfransına İttifaqın 206 üzvü qatılıb.
Sədr postuna vahid namizəd kimi Şəfiqə Məmmədova təqdim olunub. Səsvermənin nəticələrinə əsasən, o, AKİ-nin yeni sədri seçilib.
