İLK DƏFƏ ROBOT QIZIL BALIQLAR SUYA BURAXILDı
Çində canlı balıqların hərəkətlərini təqlid edən ultra-realistik robot balıqlar ilk dəfə suya buraxılıb.
Nümayiş Çinin paytaxtı Pekində keçirilən CIFTIS 2026 – Beynəlxalq Xidmət Ticarəti Sərgisi çərçivəsində olub.
Heyrətamiz görüntülərdə hovuzda sınaqdan keçirilən robotlar rəvan hərəkətləri ilə canlı balıqlardan demək olar ki, fərqlənməyib.
Məlumata görə, bu bionik robotlar tropik “Arapaima” və “Qızıl Əjdaha balığı” – “Arowana” növlərinin formasında hazırlanıb.
Qeyd edək ki, CIFTIS 2026 sərgisində süni intellekt və robototexnika sahəsində bir sıra yeniliklər də təqdim olunub.
