SEVDA SALEH VƏFAT EDİB
Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə vəfat edib.
Bu barədə onun qızı Gültən Ramazanova məlumat verib.
O, bildirib ki, 95 yaşlı Sevda Saleh müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, Sevda Saleh sentyabrın 1-i koma vəziyyətində reanimasiyaya yerləşdirilib. O, baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunub.
