“FORMULA-1″Ə GÖRƏ PARKLANMADA MƏHDUDİYYƏT OLACAQ
Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar şəhərin mərkəzi küçələrində yerləşən bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliydən Bildirilib ki, məhdudiyyət sentyabrın 20-dən 29-dək qüvvədə olacaq.
Sürücülərdən nəqliyyat vasitələrini park edərkən ərazidəki parklanma nişanlarına diqqət yetirmələri və məhdudiyyət tətbiq olunan yerlərdə avtomobillərini saxlamamaları xahiş olunur.
