“İPHONE 18 PRO”DA CİDDİ XƏTA-DONUR,SÖNÜR
“Apple”ın yeni smartfonu “iPhone 18 Pro” və “Pro Max” modellərində ciddi proqram xətası üzə çıxıb.
Yeni modellərdə infraqırmızı kamera ekranın arxasında gizlədilən kiçildilmiş Face ID (üz tanıma) sistemi ilə təchiz olunub. İddialara görə, “iOS 27″nin ilkin versiyasında həmin komponentdə nasazlıq var.
İstifadəçilərin şikayətinə əsasən, qorunan tətbiqlərin kilidini açarkən Face ID uğursuz olduqda cihaz donur və bir neçə saniyə sonra avtomatik olaraq yenidən başlayır. Problem birbaşa kilid ekranında deyil, parollar, “Safari brauzeri”də gizli sekmeler və biometrik qoruma ilə kilidlənən digər tətbiqlərdə müşahidə olunur.
Məlumata görə, nasazlıq bütün istifadəçilərdə müşahidə edilmir və miqyası hələ dəqiq bəlli deyil.
Sosial şəbəkə platforması olan “Reddit”də bəzi istifadəçilər “Apple” dəstəyinin aparat dəyişdirilməsini təklif etdiyini yazsa da, mütəxəssislər bunun proqram təminatı xətası olduğunu və növbəti yeniləmə ilə aradan qaldırılacağını bildirir.
Qeyd edək ki, “Apple iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərini 2026-cı ilin sentyabrında keçirdiyi təqdimatda ictimaiyyətə təqdim edib. ABŞ və bir çox digər ölkələrdə qlobal satışlara 18 sentyabr 2026-cı il tarixindən etibarən start verilib.
