ABŞ İRAQDAN ÇIXSA DA,ZƏRBƏ ENDİRMƏYƏ DAVAM EDƏCƏK
ABŞ “Sarsılmaz qətiyyət” əməliyyatı başa çatdıqdan sonra da İraq ərazisindəki hədəflərə zərbə endirmək ehtimalını istisna etmir.
Bu barədə “The Washington Post” amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ qüvvələri İraqdan çıxarılaraq İordaniyaya köçürüləcək. Onlar əsas diqqəti Suriyadakı İŞİD hücrələri ilə mübarizəyə yönəldəcəklər.
Bununla belə, ABŞ özünə qarşı təhlükə müəyyən edəcəyi təqdirdə İraq ərazisindəki hədəflərə zərbə endirmək hüququnu saxlayacaq.
