BİLƏSUVARDA QƏTL: 26 YAŞLI SAKİN BIÇAQLANIB
Biləsuvar rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Nəsimi kəndində, məktəbin qarşısında qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Soltanlı Milan Loğman oğlu bıçaqlanaraq öldürülüb. Milan Soltanlı ağır bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Hadisəni törətməkdə onun xalası oğlu, Mehdiyev İlkin Anar oğlu şübhəli bilinir. Yaxınlarının sözlərinə görə, tərəflər arasında pul borcu ilə bağlı mübahisə olub.
Hadisə ilə bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır. Cinayətin hansı səbəbdən törədildiyi və hadisənin digər təfərrüatları araşdırmadan sonra məlum olacaq.
