PAŞİNYANIN PARLAMENTDƏKİ “İŞARƏSİ” GÜNDƏM OLDU: MÜXALİFƏTÇİNİN SUALINA BELƏ REAKSİYA VERDİ
Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışı və davranışı növbəti dəfə müzakirələrə səbəb olub.
Hökumətin hesabatı zamanı müxalifətçi deputat Qarnik Davtyan Paşinyana Azərbaycan tərəfinə təhvil verilən əsgərlə bağlı sual ünvanlayıb. Müxalifətçi deputat müraciətində: “Əgər bu prosesə mane ola bilmirsinizsə və buna gücünüz çatmırsa, bizə bir işarə verin, biz də vəziyyəti anlayaq”, — deyə bildirib.
Müxalifət deputatının bu sözlərindən sonra Nikol Paşinyanın kameralar qarşısında verdiyi qeyri-adi “işarə” iclas zalında gülüşə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
