TÜRKİYƏDƏ AĞIR QƏZA: 11 ÖLÜ, 27 YARALI
Türkiyənin Gebze-Orxanqazi-İzmir avtomobil yolunda sərnişin avtobusu ilə TIR toqquşub.
AvazMedia xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İlkin məlumata görə, qəza nəticəsində 11 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.
Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib. Yaralılar xəstəxanalara yerləşdirilib.
