MASAZIRDA AVTOMOBİLLƏ MOTOSİKLET TOQQUŞUB – ÖLƏNLƏR VAR
Masazır-Novxanı yolunun Masazır qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı “KIA” markalı minik avtomobili motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletdə olan iki nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
