BİLƏSUVARDA TOY QANLI YEKUNLAŞDI
Biləsuvar rayonunda toyda bıçaqlanma hadisəsi olub.
Hadisə şəhər ərazisindəki şadlıq sarayında keçirilən mərasimdə baş verib.
Toyda qonaq olan 1977-ci il təvəllüdlü Eldar Cəfər oğlu Vəliyevlə 1994-cü il təvəllüdlü Ülvi Qurbanov mübahisə edib. Mübahisə nəticəsində Ü.Qurbanov E.Vəliyevi bıçaqlayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ü.Qurbanov saxlanılıb.
