MƏKTƏB ELM OCAĞIDIR: RADİKAL ŞÜARLARIN VƏ MÜNAQİŞƏLƏR TƏHSİLDƏ YERİ VAR?
Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı qərarından sonra bəzi məktəblərin ətrafında xoşagəlməz hallar yaşanmaqdadır.Son gələn xəbərlərə görə, Nardarandakı 130 saylı tam orta məktəbin qarşısında bir qrup şəxs toplaşaraq təhsil işçiləri ilə münaqişə yaradıb, ictimai qaydanı pozmağa və dərs prosesini aksatamağa cəhd edib. Ən narahatedici məqam isə həmin şəxslərin radikal dini şüarlar səsləndirməsidir.Açıq demək lazımdır: Məktəb hər şeydən əvvəl elm, bilik və tərbiyə ocağıdır. Burada hər hansı radikal çağırışa, gərginliyə və ya təzyiqə yer ola bilməz.Təhsil müəssisələri uşaqlarımızın gələcəyə hazırlaşdığı, dünyagörüşü qazandığı dinc məkandır. Hər hansı bir qaydaya, o cümlədən vahid geyim formasına münasibət fərqli ola bilər. Lakin narazılığı sivil qaydada, dialoq və hüquq müstəvisində bildirmək varkən, məktəb qapısında səs-küy salmaq, müəllimlərə təzyiq göstərmək və radikal şüarlar səsləndirmək heç bir çərçivəyə sığmır.Bu gün müəllimin, təhsil işçisinin normal çalışmasına mane olmaq, əslində oradakı yüzlərlə şagirdin təhsil almaq hüququnu əlindən almaq deməkdir. Dövlət təhsili dünyəvi xarakter taşıyır və məktəb divarları arasında dini və ya ideoloji qarşıdurmalar yaratmaq cəhdi qəbulolunmazdır.Məktəblərimizi kənar müdaxilələrdən və süni gərginliklərdən qorumaq hər birimizin borcudur. Çünki elmin və gələcəyin olduğu yerde qaranlıq təəssübkeşliyə və radikallığa yer yoxdur.
