BAKIDA MİNİK AVTOMOBİL ATLA TOQQUŞUB
Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub.
İstinadən xəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.
Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil.
