GORANBOYDA 74 YAŞLI KƏND SAKİNİ ODLU SİLAHDAN AÇILAN ATƏŞDƏN ÖLÜB
Goranboyda güllələnmə hadisəsi baş verib.Hadisə rayonun Baxçakürd kəndində qeydə alınıb.Kənd sakini 1952- cil təvəllüdlü kişi odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.Odlu silahdan açılan atəş nəticəsində ölən Baxçakürd kənd sakini 1952- ci il təvəllüdlü Qələndər Muradovdur.Kənd sakinlərin sözlərinə görə ölən şəxs çox sakit bir insan olub.Hadisənin törədən 31 yaşlı Orxan Həsənovun qohumları və kənd sakinlərinin onun əqli qüsrülu olduğunu bildiriblər.Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı hadisəni törədəmkədə şübhəli bilinən 31 yaşlı Orxan Həsənov saxlanılıb.Güllə yarasında həyatını itirən 74 yaşlı kişinin meyiti müayinə olunmaq üçün Məhkəmə – Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib.Meyit müyinə olunduqdan sonra yaxınlarına verilib.Hadisə yerinə polis və prokrorluq əməkdaşları cəlb edilib. Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
