SALYANDA MİKROAVTOBUS YANARAQ KÜL OLDU
Ələt-Astara magistral yolunda avtomobil yanıb.
AvazMedia Oxu.az-a istinadən xəbər verir ki, hadisə yolun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes Vito” mikroavtobusu qəfil alışıb. Hadisə nəticəsində avtomobil tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
