TÜRKİYƏDƏ KÖMÜR MƏDƏNİNDƏ PARTLAYIŞ: ÖLƏNLƏR VƏ YARALILAR VAR
Türkiyənin Zonquldak bölgəsinin Kilimli rayonunda yerləşən özəl kömür mədənində baş verən partlayış nəticəsində iki nəfər həyatını itirib, ikisi ağır olmaqla beş işçi isə xəsarət alıb.
Bu barədə “İhlas” agentliyi məlumat yayıb.
Partlayışla bağlı daxil olan çağırışdan sonra hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili tibbi yardım briqadası göndərilib.
