CƏLİLABAD BƏLƏDİYYƏSİNƏ YENİ SƏDR SEÇİLDİ
Cəlilabad bələdiyyəsinin rəhbərliyində dəyişiklik olub.
Bələdiyyədə keçirilən iclasda sədr müavini Rafiq Rüstəmov yeni sədr seçilib.
O, səs çoxluğu ilə yeni vəzifəyə layiq görülüb.
Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Vahid Mirzəyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu səbəbdən o, bələdiyyə sədri vəzifəsindən istefa verib.
