BAKIDA SKUTER SÜRƏRKƏN QƏZA TÖRƏDƏN 23 YAŞLI GƏNC ÖLDÜ
Bakının Nərimanov rayonunda skuterin iştirakı ilə baş verən yol qəzasında bir nəfər həyatını itirib.
Hadisə bu gün saat 04:00 radələrində qeydə alınıb.
Aqşin Mirzəbəylinin idarə etdiyi “Toyota” markalı avtomobil skuter sürən Abdulla Əliyevi vurub. Qəza svetoforla tənzimlənən piyada keçidində baş verib. Nəticədə 23 yaşlı A. Əliyev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi skuter və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
