BAKI ŞƏHƏR STATİSTİKA İDARƏSİNİN RƏİSİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU
Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Əbdürəhmanov vəzifəsindən azad olunub.
Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov bununla bağlı əmr imzalayıb.
Hələlik həmin vəzifəyə təyinat yoxdur.
İdarənin rəis müavinləri Məlahət Famil qızı Gözəlova və Rasim Rəşid oğlu Quliyev də tutduqları vəzifələrdən azad edilərək idarə daxilində digər vəzifələrə keçiriliblər.
Qeyd edək ki, Xosrov Əbdürəhmanov bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilmişdi.
