KƏLBƏCƏRDƏ ƏR-ARVAD QƏZAYA DÜŞÜB – ÖLƏN VAR
Kəlbəcər-İstisu avtomobil yolunun Kəlbəcər şəhəri ərazisindən keçən hissəsində ağır qəza baş verib. AvazMedia “Qafqazinfo” saytına istinadən xəbər verir ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyevin idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq divara çırpılıb.Nəticədə adıçəkilən sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini, 1975-ci il təvəllüdlü Əminə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma başlanılıb
