PAYTAXT MƏKTƏBİNDƏ FACİƏLİ ŞƏKİLDƏ ÖLƏN ŞAGİRDLƏ BAĞLI ÜZÜCÜ TƏFƏRRÜATLAR
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin pəncərəsindən yıxılaraq həyatını itirən 7-ci sinif şagirdi Salyan rayonunun Arbatan kənd qəbiristanlığında torpağa tapşırılıb.
AvazMedia Kənd sakinlərinin “Baku TV”-yə verdiyi məlumata görə, məktəblini körpə yaşlarından əslində xalası böyütmüş və himayəsinə götürmüşdü. Lakin 2023-cü ilin avqust ayında Səadət Dadaşova Salyan şəhəri ərazisində qatar vurması nəticəsində faciəli şəkildə həyatını itirib.
Xalasının ölümündən sonra Bakıya gələrək anası ilə yaşamağa başlayan şagirdin taleyi hər kəsi sarsıdıb. Məlum olub ki, məktəbli Arbatan kənd qəbiristanlığında məhz anası əvəzi bildiyi, onu körpəliyindən böyüdən mərhum xalasının məzarının yanında dəfn olunub.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
