BAKIDA YÜK AVTOMOBİLİ QƏZA TÖRƏTDİ, YOL BAĞLANDI
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, Bakının Nərimanov rayonunda, Ziya Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbindən tətbiq edilən nəqliyyat məhdudiyyəti artıq tam aradan qaldırılıb.Qeyd edək ki, dünən saat 23:10 radələrində sözügedən kəsişmədə yük avtomobilinin qəzaya uğraması nəticəsində metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı. Hadisə yerinə cəlb olunan polis əməkdaşlarının operativ tədbirləri nəticəsində yük avtomobili yoldan kənarlaşdırılıb və ərazidə nəqliyyatın normal hərəkəti bərpa olunub.
