CEYRANBATANDA ŞAGİRDLƏR ROTAVİRUSA YOLUXDU
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə şagirdlərin kütləvi qida zəhərlənməsinə məruz qalması barədə iddialara rəsmi qurumlar tərəfindən aydınlıq gətirilib.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, şagirdlərin popkorndan zəhərlənməsi faktı öz təsdiqini tapmayıb. Tibb müəssisəsindən əldə olunan məlumata əsasən, ərazidə hər hansı qida zəhərlənməsi halları qeydə alınmayıb.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə vurğulanıb ki, sözügedən təhsil müəssisəsində bir neçə şagirdin rotavirus infeksiyasına yoluxduğu müəyyən edilib.
