BAKIDA 3 MARŞRUTUN HƏRƏKƏT SXEMİ DƏYİŞƏCƏK
Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda (kanala yaxın ərazidə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
AYNA-dan verilən xəbərə görə, məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Dəyişikliyə əsasən,
– 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları;
– 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası – Hövsan bağları;
– 215 nömrəli marşrut Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları (məhdudiyyət tətbiq edilən ərazi) istiqamətində fəaliyyət göstərəcək.
