TÜRKİYƏDƏ ZƏLZƏLƏ OLUB
Türkiyədə zəlzələ baş verib.
Bu haqda Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, Aralıq dənizində mərkəzlənən və Muğlanın Datça rayonundan 253 kilometr aralıda baş verən 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin 9,07 kilometr dərinlikdə baş verdiyi məlum olub.
