GƏNCƏ SAKİNİ XALASINI DÖYƏRƏK ÖLDÜRÜLÜB
Gəncə şəhərində 88 yaşlı qadın qətlə yetirilib. AvazMedia Oxu.Az-a istinadən xəbər verir ki, oktyabrın 28-də Gəncə şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda qocalığa görə ölməsi ilə bağlı yaxınlarına məlumat verilib.Polis əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib.Şübhəli şəxs saxlanılaraq istintaqa cəlb edilib.
