TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCANA SƏFƏR EDİB
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib. Türkiyə lideri Füzuli Beynəlxalq Hava Limanında qarşılanıb. Səfər Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin altıncı ildönümünə təsadüf edir.Füzulidən sonra Şuşaya yollanan Rəcəb Tayyib Ərdoğan hazırda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirir. Görüş iki qardaş ölkə arasında strateji müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirib. Bu gün isə iki ölkənin liderlərinin Qarabağda bir araya gəlməsi Azərbaycan-Türkiyə qardaşlığının və sarsılmaz birliyinin növbəti göstəricisidir.
