ERMƏNİSTANIN RUSİYA İLƏ YEGANƏ YOLU BAĞLANDI
Gürcüstandan Rusiyaya gedən “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində yük avtomobillərinin hərəkəti müvəqqəti dayandırılıb. Bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.Bildirilib ki, Mtsxeta-Stepançminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.Buna səbəb qar yağması və havanın temperaturunun aşağı düşməsidir.Qeyd edək ki, hazırda “Yuxarı Lars” sərhəd-keçid məntəqəsindən keçən yol Gürcüstan ərazisindən keçməklə Ermənistanı Rusiya ilə birləşdirən yeganə fəaliyyətdə olan quru marşrutudur.
