1 MİLYONDAN ÇOX BORCU OLAN BİZNESMENİN AZƏRBAYCANDAN ÇIXIŞINA QADAĞA QOYULDU
Külli miqdarda vergi borcu olan şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.
Ölkədə fəaliyyət göstərən şirkətlərdən birinin dövlət büdcəsi, vergilər və faizlər üzrə ümumilikdə 1 milyon 40 min 701 manat borcu yaranıb.
Borcların ödənilməsi üçün aidiyyəti dövlət qurumu tərəfindən MMC-yə dəfələrlə bildirişlər göndərilib. Amma yenə də borclar ödənilməyib.
Nəticədə dövlət qurumu MMC-yə qarşı Gəncə Kommersiya Məhkəməsində iddia qaldırıb. İddiada borclar tam ödənilənədək MMC-nin 49 yaşlı rəhbərinin Azərbaycanda çıxışına müvəqqəti məhdudiyyət qoyulması istənilib.
Gəncə Kommersiya Məhkəməsi iddianı təmin edib. Qərara əsasən, həmin şirkət rəhbərinin ölkədən çıxışına, qeyd olunan 1 milyon 40 min 701 manat borc ödənilənədək müvəqqəti məhdudiyyət tətbiq edilib.
