2 NÖMRƏLİ AVTOBUSDAN ŞİKAYƏT VAR
Bu gün günorta saatlarında Bakı şəhərində 2 nömrəli avtobus marşrutlarından istifadə edən sərnişinlər dayanacaqlarda 2 saatdan çox gözləməli olublar.
”BakuBus” MMC-dən bildirilib ki, gecikmələrə səbəb marşrut xəttinin keçdiyi mərkəzi küçələrdəki kəskin nəqliyyat sıxlığı və tətbiq edilən məhdudiyyətlərdir:
”BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi Ağa Nemətulla, Çernyayevski, Əhməd Rəcəbli, Mirzəağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrində, həmçinin Moskva prospektində müşahidə olunan nəqliyyat sıxlığı, eləcə də bu gün Puşkin küçəsi və Neftçilər prospektində tətbiq olunan məhdudiyyətlərlə əlaqədar avtobuslararası intervallarda artım müşahidə olunub”.
Nəqliyyat qurumu yaranan narahatlığa görə sərnişinlərə çağırış edib:
”Pik saatlarda nəqliyyat sıxlığı və yollarda tətbiq olunan məhdudiyyətlər ilə əlaqədar avtobusların hərəkət intervalında yaranan müvəqqəti dəyişikliklərlə bağlı sərnişinlərdən anlayış göstərmələri xahiş olunur”.
