Türkiyənin İstanbul şəhərində güclü yağış və külək hava nəqliyyatında fasilələrə səbəb olub. İstanbul hava limanına enə bilməyən 43 təyyarə alternativ hava limanlarına yönləndirilib. Təyyarələrdən 39-u Türkiyənin müxtəlif şəhərlərinə, 4-ü isə Tehrana, Burqasa və Afinaya istiqamətləndirilib.Daxili reyslərdən 16-sı Ankara Esenboğa, 8-i Sabiha Gökçen, 10-u İzmir Adnan Menderes, 2-si Balıkesir Koca Seyit, 2-si Çanaqqala, 1-i isə Antalya hava limanına yönləndirilib.Güclü külək səbəbindən Sabiha Gökçen hava limanında da uçuşlarda fasilə yaranıb. Saat 21:42-də dayandırılan əməliyyatlar 22:02-də bərpa olunub. Bu müddətdə üç təyyarə Ankara Esenboğa hava limanına yönləndirilib.
Əlaqəli Yazılar
12 YAŞLI QIZ QIZIL KÜLÇƏSİ TAPIB
Noyabr 7, 2026
ALMANİYANI TƏRK EDƏN VƏTƏNDAŞLARIN SAYI REKORD HƏDDƏ ÇATIB
Noyabr 7, 2026
AZƏRBAYCAN NEFTİ BAHALAŞDI
Noyabr 7, 2026
