Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Qırıqlı kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ”ın sərnişini, 60 yaşlı Rüfət Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.Qəza zamanı avtomobildə olan digər 4 sərnişin — 1965-ci il təvəllüdlü Qəşəm Həsənov, 1968-ci il təvəllüdlü Gülnarə Həsənova, 1970-ci il təvəllüdlü İradə Əliyeva və 1973-cü il təvəllüdlü Yeganə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına götürülüb, ilkin tibbi yardımdan sonra Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunublar.

Xəsarət alanlardan Qəşəm Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.Qeyd edək ki, yaralılar — Qəşəm Həsənov və həyat yoldaşı Gülnarə Həsənova 44 günlük Vətən müharibəsi şəhidi Elçin Həsənlinin valideynləridir.Həlak olan 60 yaşlı Rüfət Məmmədovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
