Dünya musiqisinin əfsanəsi, kantri stilinin rəmzi Dolli Parton 80 yaşında vəfat edib. Sənətçinin itkisi ABŞ-da dövlət səviyyəsində anılıb; Prezident Donald Trampın sərəncamı ilə ölkə üzrə dövlət bayraqları 1 həftəlik yarıya endirilib.
12 uşaqlı kasıb bir Tennessi ailəsində böyüyən Parton, sadə həyatdan dünya şöhrətinə qədər uzanan parlaq bir yol keçib.

Zəngin yaradıcılıq və tarixi nailiyyətlər:
- Unudulmaz hitlər: “Jolene”, “Coat of Many Colors”, “9 to 5” və Uitni Hyustonun ifasında dünya hitinə çevrilən “I Will Always Love You” kimi mahnılar musiqi tarixinə qızıl hərflərlə yazılıb.
- Mükafatlar: Karyerası ərzində 10 “Qremmi” qazanan sənətçi 55 dəfə bu mükafata namizəd göstərilib.
- Xeyriyyəçilik və sahibkarlıq: Sənətçi həm də aktrisa, bəstəkar və iş qadını kimi tanınırdı. Yaratdığı “Imagination Library” layihəsi milyonlarla uşağa pulsuz kitap bəxş edib.
Parlaq geyimləri, sarı parikləri və özünəməxsus yumoru ilə milyonların sevimlisinə çevrilən Dolli Partonun həyatı başa çatsa da, onun yaratdığı zəngin irs yaşamağa devam edəcək.
