“Gəncə” ABŞ-dən olan basketbolçu Kobi Maqini heyətinə qatıb
“Gəncə” daha bir basketbolçunu heyətinə cəlb edib. ABŞ-dən olan Kobi Maqi yeni mövsümün sonunadək bölgə təmsilçisində çıxış edəcək.
23 yaşlı müdafiəçi ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.
