“NEFTÇİ” “KƏPƏZ”Ə QALİB GƏLİB
Misli Premyer Liqasının XI turunda “Neftçi” “Kəpəz” komandası ilə üz-üzə gəlib. “Palms Sports Arena”da baş tutan oyun Bakı komandasının qələbəsi ilə yekunlaşıb – 1:0.Qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran “Neftçi” turnir cədvəlində liderliyini möhkəmləndirib. Gəncə kollektivi isə 17 xalla beşincidir.Xatırladaq ki, turun əvvəlki qarşılaşmasında “Turan Tovuz” səfərdə “Qarabağ”a (1:0) qalib gəlib. “Zəfər turu”na noyabrın 8-də yekun vurulacaq.
