GÖMRÜK NƏZARƏTİNDƏN YAYINDIRILAN 232 MİN MANATLIQ MƏHSULLAR AŞKAR OLUNUB
Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin əməkdaşları həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində gömrük nəzarətinə bəyan edilməyən mallar aşkar edilib.
İdarənin “Mazımqara” gömrük postunda Gürcüstandan ölkəmizə gələn, qarışıq yüklər daşıyan iki yük nəqliyyat vasitəsində yoxlama aparılıb.
Yoxlama nəticəsində nəqliyyat vasitələrindən, ümumilikdə 232 min 185 manat dəyərində gömrük nəzarətinə bəyan edilməyən və düzgün bəyan edilməyən linzalar, məişət avadanlıqları, tibbi və kosmetik vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
